Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev irsi və müstəqil Azərbaycan gəncliyi

Tarix yaddaşına həkk etdiyi hadisələri hər zaman bizə xa­tırladır. Hadisələr, baş vermiş olaylar və böyük şəxsiyyətlər tarixdə önəmli yer alır. Böyük şəxsiyyətlər tarixə yön verdikləri və gördükləri möhtəşəm işlərin nəticəsi olaraq nəsillərin yadda­şında minilliklər boyu yaşamağa davam edirlər. Doğum gününün 98-ci ildönümünü qeyd etdiyimiz ulu öndər Heydər Əliyev də Azərbaycan tarixində silinməz izlər qoymuş dahi şəxsiyyətdir. Keçdiyi həyat yolu hamımıza yaxşı bəlli olan ümummilli lider bugünkü müstəqil və qüdrətli Azərbaycanın qurucusudur.

 

 

Bu, elə bir ömür yoludur ki, yaşından, ictimai mövqeyindən və siyasi təfəkküründən asılı olmayaraq hər kəsin nümunə olaraq götürə biləcəyi məqamlarla doludur. Bu, elə bir həyatdır ki, hər dəfə tarixə nəzər saldıqda ulu öndərin Azərbaycan üçün, xalqımız üçün böyük xidmətlərinin nə qədər böyük fədakarlıq tələb etdiyinin şahidi oluruq. Ümum­mili liderin həyatı Azərbaycan gəncliyi üçün misilsiz örnəkdir. Ulu öndərin həyat yolundan öyrənə biləcəklərimiz, onun parlaq ideya­ları və əməlləri bizim gələcəyimizə nur saçan, yolumuzu işıqlandıran ali dəyərlərdir.

Zəmanəmizin bu dəyərli şəxsiyyətinin ölkəmiz və xalqımız üçün fədəkarcasına sərf etdiyi ömür yolu Azərbaycanın intibah modelini formalaşdıran dəyər və prinsiplərlə zəngindir. Tariximizə, kökümüzə sədaqət, Vətənə, dövlətə və millətimizə bağlılıq Heydər Əliyevi ümummilli lider səviyyəsinə ucaldan dəyərlər sırasındadır.

Bu gün Azərbaycan gəncliyi bütün sahələrdə ölkəmizi ləyaqətlə təmsil edir. Bu təmsilçilik tari­xi torpaqlarımızın bərpasında, Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılmasında, müasir dövrün çağırışlarına adekvat ca­vab verilməsində özünü ən parlaq şəkildə göstərir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü çox əlamətdar dövrə təsadüf edir. Ötən il biz Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Azərbaycan Ordu­sunun qəhrəmanlığı sayəsində düşmənə qalib gələrək, zəbt olunan ərazilərimizi işğaldan azad etmişik. Ulu öndər hər zaman öz çıxışlarında bir gün əzəli torpaq­larımıza mütləq qayıdacağımızı böyük bir əminliklə vurğulayırdı. Bu gün onun siyasi kursunu böyük uğurla davam etdirən, Azərbaycanı haqq davasından qalib çıxaran cənab Prezident İlham Əliyev bu əminliyin təsadüfi olmadığını bütün dünyaya sübut etdi. Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi dövlətimizin başçısı xoşbəxt adamdır ki, ata vəsiyətini ləyaqətlə yerinə yetirdi. Beləliklə, ulu öndərin 98-ci doğum günü bütöv, daha güclü və müstəqilliyi daha da möhkəmlənmiş Azərbaycanda qeyd olunur.

Bu gün Azərbaycan gəncliyinin qarşısında böyük vəzifələr durur. Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi, müstəqilliyinin qorunması üçün var gücümüzlə çalışmalıyıq. Ümummilli liderin də dediyi kimi, hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.

Bəxtiyar İSLAMOV, YAP Gənclər Birliyinin sədri

 

6 May 2021 09:04 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə