Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DYP küləkli hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Bakı şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

İdarədən "Xalq qəzeti"nə verilən məlumata görə, paytaxt ərazisində küləyin sürətinin normadan artıq olması sürücülər və hərəkətin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaradır.

"Küləkli hava şəraiti ilə əlaqədar sürücüləri və piyadaları son dərəcə ehtiyyatlı olmağa, təhlükəsizlik qaydalarına daha çox əməl etməyə,  avtomobillərini hündürmərtəbəli binaların, ağacların altında saxlamamalarını tövsiyə edirik. Piyadalardan isə açıq hava şəraitində hərəkətlərini mümkün qədər məhdudlaşdırmağı xahiş edirik", - deyə qeyd olunub.

5 May 2021 20:18 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə