Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN Bakıda daha bir qanunsuz tikintinin qarşısını alıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

FHN-dən "Xalq qəzeti"nə verilən məlumata görə,  Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 12 ünvanında yerləşən vətəndaşa məxsus birmərtəbəli ticarət obyektində qanunsuz olaraq tikinti-quraşdırma işlərinin aparılması müəyyən edilib.

Tikintinin aparılması üçün tələb olunan müvafiq sənədlər olmadan həmin ticarət obyektinin üstündə metal konstruksiyalardan istifadə edilməklə əlavə mərtəbənin tikintisinə başlanılıb.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Nəsimi Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi birgə tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

5 May 2021 16:47 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə