Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bentley markasının ilk elektrokarı krossover olacaq

Bentley şirkətinin rəhbəri Ədrian Hollmark dəbdəbəli ingilis markasının ilk elektrokarının krossover olacağını təsdiqləyib.

 

"Xalq qəzeti" xəbər verir ki, o, Britaniyanın Car nəşrinə verdiyi müsahibəsində ilk Bentley elektrokarının 2025-ci ildə debüt edəcəyini və onun hazırda Audi şikətinin üzərində çalışdığı Artemis layihəsinə əsaslanacağını bildirib.

 

Bununla belə, Britaniya istehsalçısı Porsche şirkəti ilə əməkaşlığını davam etdirmək niyyətindədir. Bentley rəhbəri şirkət mütəxəssislərinin Artemis layihəsində iştirak etdiklərini və alman həmkarları ilə paralel olaraq elektromobilin üzərində çalışdıqlarını qeyd edib. “Əlbəttə ki, bu krossover olacaqdır. İndi onlarsız heç nə etmək mümükün deyil”, - Hollmark bildirib. Yeni elektrokarın necə olacağı sualına cavab verən şirkət rəhbəri, Jaguar markasını nümunə göstərib.

5 May 2021 15:58 - TEXNİKA
TEXNİKA
20 İyun 2021 | 00:37
“Porsche”də nasazlıq

Köhnə versiyamızdan xəbərləri izlə