Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Murtuza Muxtarovanın qətli ilə bağlı bədii-sənədli film hazırlanıb

Neft milyonçusu Murtuza Muxtarovun qətli ilə bağlı bədii-sənədli film hazırlanıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən "Xalq qəzeti"nə verilən məlumatına görə, “Qətl planı” seriyasından olan filmdə milyonçunun qətlinin bir neçə versiyası rekonstruksiya edilərək tamaşaçılara təqdim olunacaq.

“Qətl planı”nda bolşeviklərin Muxtarovun yaşadığı evə (hazırkı Səadət Sarayı) atla daxil olması, milyonçunun həyat yoldaşı Liza Tuqanovanı gizlətməsi, özünün isə sona kimi mərd şəkildə mübarizə aparması nümayiş olunub.

Filmdə tarixçilərin fikirlərinə də yer ayrılıb.

Ssenari müəllifi İlqar Fəhmi, quruluşçu rejissoru Ramil Ağasıyev olan bədii-sənədli filmdə ölkənin tanınmış aktyorları rol alıb.

“Qətl planı” mayın 6-sı saat 21:30-da AzTV-də yayımlanacaq.

5 May 2021 14:49 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə