Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ümumilli lider Heydər Əliyevin xatirəsi onun adını daşıyan zirvədə anılıb

Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Azərbaycan dağçılarından ibarət qrup “Heydər zirvəsi”nə qalxıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə,  yürüşə Azərbaycan, Real və ARB televiziyalarının əməkdaşları da qoşulub.

 

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevin rəhbərlik etdiyi qrup üzvləri əvvəlcə Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

 

Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin mürəkkəb relyefinə baxmayaraq, qrup üzvləri yüksək əhval-ruhiyyə və qürurla "Heydər zirvəsi"nə qalxaraq dahi şəxsiyyətin barelyefi önünə gül dəstələri düzüb, Ulu öndərin əziz xatirəsini yad edib və Azərbaycan bayrağını dalğalandırıblar.
 

5 May 2021 14:36 - EKOLOGİYA
EKOLOGİYA
19 İyun 2021 | 16:10
Sabahın HAVA PROQNOZU
17 İyun 2021 | 16:48
Güclü külək əsəcək
10 İyun 2021 | 18:05
Sabahın HAVA PROQNOZU
9 İyun 2021 | 18:13
Sabahın HAVA PROQNOZU
8 İyun 2021 | 18:02
Sabahın HAVA PROQNOZU
7 İyun 2021 | 18:10
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə