Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİN müğənni Aslan Hüseynovun öldüyü qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) müğənni Aslan Hüseynovun öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, mayın 4-də saat 5 radələrində Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhər sakini Aslan Hüseynov (müğənni) idarə etdiyi BMW markalı avtomobili qarşıda gedən paytaxt sakini G.Bəşirovun idarə etdiyi “KamAZ” markalı yük avtomobilinə vurub. Nəticədə A.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

5 May 2021 12:02 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə