Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN xilasetmə əməliyyatı görüntülərini yayıb - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 "Xalq qəzeti" FHN-in saytına istinadən xəbər verir ki,  “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 nəfərin süni göldə batması faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib, 2 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

 

 
5 May 2021 11:14 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə