Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təcridxanaya telefon keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən "Xalq qəzeti"nə verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş Baxşəliyev Zaur Mərdəli oğluna tanışı, Sumqayıt şəhər sakini Qafarov Məhəmməd Vaqif oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan qazanda dolma yeməyinin içərisində xüsusi üsulla yerləşdirilərək gizlədilən işlək vəziyyətdə olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və bir ədəd danışıq kartı aşkar edilib.

5 May 2021 10:57 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə