Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Misirdə iri neft-kimya kompleksi tikiləcək

“Əl – Ərəbiyyə”nin məlumatına görə, Misirdə Şimali Afrika və Yaxın Şərqin ən böyük neft-kimya kompleksi tikiləcək. Bildirilir ki, kompleks Qırmızı dəniz Milli Neft-Kimya Şirkəti tərəfindən Süveyş kanalı Azad İqtisadi Zonasının ərazisində inşa ediləcək. Bunun üçün artıq Qırmızı dəniz Milli Neft-Kimya Şirkəti ilə müqavilə imzalanıb.

 

Məlumata görə, imzalama mərasimində çıxış edən Misirin neft və mineral ehtiyatlar naziri Tarik Molla layihənin icrasına 7,5 milyard dollar vəsait ayrılacağını açıqlayıb. Onun sözlərinə görə, Süveyş kanalı Azad İqtisadi Zona­sında yerləşən Ayn Soxna ərazisində tikiləcək kompleksdə Şimali Afrika və Yaxın Şərq ölkələrindən tədarük ediləcək xam neftin emalı ilə yanaşı, həm də müxtəlif neft-kimya məhsullarının istehsalı nəzərdə tutulur.

Nazir əlavə edib ki, 3,56 milyon kvadratmetr ərazidə yerləşəcək kompleks Misir iqtisadiyyatına böyük həcmdə gəlir gətirəcək.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

5 May 2021 05:35 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
20 İyun 2021 | 00:31
Rusiyada yenə rekord yoluxma
19 İyun 2021 | 01:04
Yaltada güclü daşqın
19 İyun 2021 | 01:01
Reytinq dəyişib

Köhnə versiyamızdan xəbərləri izlə