Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyada ən böyük qanada malik təyyarə hazırlanıb

“Reuters” agentliyinin yaydığı məlumata görə, Birləşmiş Ştatların “Stratolaunch” şirkəti dünyada ən böyük qanada malik “Roc” adlı nəhəng təyyarənin uğurlu sınağını keçirib. Təyyarə Mohave hava limanı üzərində manevr etdikdən sonra uğurla yerə enib.

Mənbə yazır ki, “Stratolaunch” şirkəti əvvəlcə təyyarəni gücləndirilmiş mərkəzi qanad üzərində raket və peyklər buraxmaq üçün nəzərdə tutulan və aşağı yerətrafı orbitə çıxarmaq üçün hazırlanmış göyərtə sistemi olaraq təqdim etsə də, hazırda “Roc” çoxdəfəli hipersəsli aparatlar daşıyıcısına çevrilib. Qeyd edilir ki, dünyanın ən nəhəng təyyarəsinin qanadının uzunluğu 117 metr təşkil edir.

Mütəxəssislərin fikrincə, təyyarə gələcəkdə yeni nəsil aviasiya texnikası üçün sınaq stendi kimi istifadə ediləcək. O, “Boeing 747” təyyarəsində olduğu kimi, altı mühərrik və 28 təkərlə təchiz edilib. Təyyarə uçuş proqramını yerinə yetirib və test enişi üçün dövrə vurduqdan sonra Mohave səhrasında nəzərdə tutulmuş zolağa enib.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

5 May 2021 05:34 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
20 İyun 2021 | 00:31
Rusiyada yenə rekord yoluxma
19 İyun 2021 | 01:04
Yaltada güclü daşqın
19 İyun 2021 | 01:01
Reytinq dəyişib

Köhnə versiyamızdan xəbərləri izlə