Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi AÇIQ TENDER ELAN EDİR

 

Tender 1 lot üzrə keçirilir.

Lot-1. 2021-ci ildə kino sahəsində mədəniyyət tədbirlərinin, zəruri işlərin və xidmətlərin (filmlərin təqdimatı, kino günləri, festivallar, görkəmli kino şəxsiyyətlərinin yubiley tədbirlərinin keçirilməsi, bədii tərtibat işlərinin görülməsi, reklam və çap məhsullarının nəşri və s.) satın alınması.

Tender haqqında ətraflı məlumatı dövlət satınalmalarının https://etender.gov.az vahid internet portalına (portal) elektron imza vasitəsilə daxil olaraq əldə etmək olar.

Tenderdə iştirak etmək istəyənlər 200 (iki yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər. Tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara, mütləq şəkildə müvafiq sahə üzrə spesifik iş təcrübəsinə malik olmalıdırlar.

Ünvan-AZ 1000, Azərbaycan Res­publikası, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 84, Hökumət Evi.

Telefon- +99412 498 97 82

VÖEN- 1700015381

H/h- AZ78C­TRE00000000000002178501

Bank rekvizitləri

Bankın adı- Azərbaycan Respublika­sının Dövlət Xəzinədarlığı Agentliyi

VÖEN- 1401555071

S.W.İ.F.T.- CTREAZ22

M/h- AZ­41NABZ01360100000000003944

Kod- 210005

Ödənişin təsnifat kodu- 142230

İddiaçılar tenderdə iştirak üçün aşağı­dakı sənədləri təqdim etməlidirlər:

− tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

− tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

− tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıl­dığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

− Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

− tender iştirakçısının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

− tender iştirakçısının yerinə yetirdiyi analoji müqavilələr haqqında məlumat;

− tender iştirakçısının nizamnaməsinin surəti;

− tender iştirakçısının hüquqi statusu­nu təsdiq edən sənədlər;

− tender iştirakçısının hüquqi ünvanı və bank rekvizitləri.

İddiaçılar tenderdə iştirak üçün yuxa­rıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 3 iyun 2021-ci il saat 11.00-a, tender təklifi və bank zəmanətini isə 11 iyun 2021-ci il saat 11.00-dək təqdim etməlidirlər.

İddiaçıların təklifləri 14 iyun 2021-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açı­lışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

İddiaçıların səlahiyyətli nümayəndələri tender zərflərinin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

5 May 2021 05:24 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 İyun 2021 | 00:28
BİLDİRİŞ
19 İyun 2021 | 00:58
BİLDİRİŞ
19 İyun 2021 | 00:56
ELAN
19 İyun 2021 | 00:56
BİLDİRİŞ
19 İyun 2021 | 00:55
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə