Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aydan Salahovanın Londonda sərgisi açılıb

 

Londonun “Gazelli Art” qalereyasında Azərbaycan əsilli rəssam Aydan Salahovanın “Toz nəfəs oldu” adlı incəsənət sərgisi açılıb.

Qalereyanın direktoru Mila Əsgərova Azərbaycandan olan sənətkarların əsərlərinin sərgiləndiyi beynəlxalq bir platformanın olmasının və re­gionun Britaniyada tanıdılma­sının əhəmiyyətinə toxunub.

Kurator Fərəh Piriye sərginin adının Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsərindən ilhamlandığını qeyd edib: “Əxlaqi və mənəvi rəhbərliyə yönəlmiş etik-fəlsəfi poemada tozlar keçmi­şimizin ruhlarına bənzədilir. Bu sərgi də bizim şəxsi və kollektiv təcrübələrimizə nəzər salır, indiki kimliyimizi araşdırmaq üçün tariximizin çətin tərəfləri ilə üzləşir”.

Britaniyada olan koro­navirus məhdudiyyətləri səbəbindən rəssam sərgidə iştirak edə bilməsə də, Azərbaycanın Britaniya­dakı səfiri Tahir Tağızadə, İngiltərədə yaşayan azərbaycanlı və əcnəbi sənətsevərlər açılışda iştirak ediblər.

Qeyd edək ki, sərgi iyu­nun 6 –dək davam edəcək.

Xatırladaq ki, Moskvada yaşayan rəssam 1992-ci ildə Rusiyada ilk müasir incəsənət qalereyalardan olan “Aydan” qalereyasını açıb. Onun əsərləri Tretya­kov qalereyasında, Moskva Müasir İncəsənət Muzeyinin kolleksiyalarında, Roma və Nyu-York qalereyalarında saxlanılır.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

5 May 2021 05:23 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə