Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Füzulidə hava limanının tikilməsi mühüm önəm daşıyır

İşğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və bərpası, eyni zamanda, orada beynəlxalq standartlara uyğun nəqliyyat– logis­tik xidmətlərin gerçəkləşdirilməsi prioritet məsələlərdəndir. Bu baxım­dan Füzuli rayonunda beynəlxalq hava limanının inşası və yaxın gələcəkdə istifadəyə verilməsi düşməndən təmizlənən yaşayış sahələrinin inkişafı baxımından mü­hüm önəm daşıyır.

Adıçəkilən hava limanında aparılan inşaat işləri ilə tanışolmaq üçün həmin ərazidə olduq. Burada tikinti intensiv şəkildə davam etdirilir. Hazırda limanın enmə zolağının və yardımçı tikililərin inşasına 500-ə yaxın işçı cəlb olunub.

Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 kilometr, eni 60 metr olacaq, 8 hava gəmisinin dayanması üçün hazırlanan sahə isə 60 min kvadratmetr ərazini əhatə edəcək. Burada sərnişlərə xidmət göstərəcək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarımstansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililər də inşa oluna­caq. Hava limanı saatda 200 sərnişinə xidmət edə biləcək.

Füzuli hava limanının əsas infrastrukturunun bu il sentyabrın 5-dək hazır olması gözlənilir. Bununla da cari ilin payızında ilk uçuşların həyata keçirilməsi nəzərdə tutulur.

Limanın inşası xarici turistlərin işğaldan azad edilmişərazilərimizə böyük maraq göstərmələri baxımından mühüm əhəmiyyət daşıyacaq və yeni imkanlar yaradacaq. Belə ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərə yollanmaq istəyən əcnəbi turistlərin sayı kifayət qədər çoxdur. Füzulidə hava limanının tikilməsi isə imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər. Bu amil düşməndən təmizlənən torpaqlarımı­za, eləcə də, Füzuli rayonuna gələn qonaq­ların say artmına müsbət təsir göstərəcək və beləliklə, ölkəmizə turist axınının sürətlənməsini şərtləndirəcək.

Hava limanı, eyni zamanda, daxili, xüsusən də beynəlxalq yükdaşımalar üçün xüsusi əhəmiyyət kəsb edir. İşğaldan azad olunmuş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı, eyni zamanda, həmin torpaqlarda buraxılan sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından da vacibdir.

Limanın yaxın gələcəkdə istifadəyə verilməsi yeni işyerlərinin yaradılmasına da müsbət təsir göstərəcək. Bu, xüsusən, işğaldan azad olunmuşərazilərdə məskunlaşan vətəndaşlarımızın məşğulluğunun təmin olun­ması baxımdan daha önəmlidir.

Füzuli aeroportu regionun inkişafı üçün vacib infrastruktur layihələrindən biridir. Bu inf­rastruktur quru nəqliyyatı vasitəsi ilə Zəngəzur dəhlizinə birləşəcək, dəhliz isə Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi kimi fəaliyyət göstərəcək.

Bu gün istər ölkəmizdə, istərsə də xaricdə xeyli sayda insan azad edilmiş ərazilərimizə səfər etmək arzusundadır. Hava limanı bu və digər imkanların reallaşmasına böyük töhfə verəcək.

Hazırda Şuşaya çəkilən Zəfər yolunda da işlər sürətlə aparılır. Həm ölkə vətəndaşları, həm də xarici turistlər Füzuli aeroportundan Şuşaya asanlıqla səfər edə biləcəklər.

Vüqar BAYRAMOV, Milli Məclisin deputatı

5 May 2021 05:15 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə