Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 130                Bakı şəhəri, 4 may 2021-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 380; 2017, № 4, maddə 672, № 5, maddə 1010, № 10, maddə 1918; 2018, № 11, maddə 2432, № 12 (II kitab), maddə 2741; 2019, № 4, maddələr 735, 762, № 8, maddə 1480; 2020, № 3, maddə 339, № 5, maddə 650) ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akade-miyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.9-cu bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə dövlət sifarişi ilə “Təhsil haqqında” Azərbaycan Res­publikası Qanununun 26.5-ci və 26.5-3-cü maddələrinə əsasən müsabiqədənkənar qəbul olunan tələbələrə birinci tədris ilinin birinci semestrində “adi” təqaüd verilir.”.

2. 2.10-cu bənd aşağıdakı redaksiyada verilsin:

“2.10. Magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, imtahan verilən fənlər üzrə müəyyən olunmuş maksimal balın 91 faizini və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində “əlaçı”, digər halda isə “adi” təqaüd verilir.”.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə