Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 129               Bakı şəhəri, 4 may 2021-ci il

“Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 aprel tarixli 138 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərinin qarşısı­nın alınması tədbirlərinin davam etdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabine­ti qərara alır:

“Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2020-ci il 13 aprel tarixli 138 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 485) 1-ci hissəsinə “semestrləri (yarımillikləri)” sözlərindən sonra “, eləcə də 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili)” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə