Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BNA hava şəraitinin dəyişəcəyi ilə bağlı sərnişinlərə xəbərdarlıq edib

Bakı Nəqliyyat Agentliyi (BNA) hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

BNA-dan "Xalq qəzeti"nə verilən məlumata görə, mayın 5-i müşahidə ediləcək güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarının diqqətli və ehtiyatlı olmaları məsləhət görülür:

"Sərnişinlərdən xahiş olunur ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir. Sürücülərə isə tövsiyə olunur ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər". 

 

4 May 2021 16:39 -
17 İyun 2021 | 18:09
Sabahın HAVA PROQNOZU
12 İyun 2021 | 16:00
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə