Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ETSN-də kollegiya iclası keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2021-ci ilin 1-ci rübünün yekunları və qarşıda duran vəzifələrlə bağlı videokonfrans formatında kollegiya iclası keçirilib.

Nazirlikdən "Xalq qəzeti"nə verilən məlumata görə, iclasda nazirliyin struktur bölmələrinin rəhbərləri, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri, həmçinin ETSN yanında İctimai Şuranın sədri iştirak edib.

Kollegiya iclasında ölkə başçısı tərəfindən verilən tapşırıqların icrası ilə bağlı həyata keçirilən tədbirlər, “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın III nəşri, Nazirliyin fəaliyyət sahələri üzrə monitorinq işlərinin sistemləşdirilməsi, qənaət tədbirləri, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində görülən və planlaşdırılan işlər barədə məruzəçilərin hesabatları dinlənilib, fikir mübadiləsi aparılıb və görüləcək işlər müəyyənləşdirilib.

Yekunda nazirliyin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının bu vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret tapşırıqlar verilib.

4 May 2021 16:06 - EKOLOGİYA
EKOLOGİYA
7 May 2021 | 17:27
Sabaha olan hava PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə