Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mayın 6-dan jurnalistlərə vaksinin ikinci dozasının tətbiqinə başlanılacaq

May ayının 6-dan Azərbaycan Mətbuat Şurasında “COVID-19” əleyhinə vaksinasinin birinci dozasının tətbiq edildiyi jurnalistlərə vaksinin ikinci dozası tətbiqinə başlanılacaq. 

MŞ-dan "Xalq qəzeti"nə verilən məlumata görə, aprel ayının 9-da vaksinasiyadan keçmiş media təmsilçiləri üçün ikinci doza may ayının 6-da, aprelin 12-i və 13-ü tarixlərində birinci doza tətbiq edilmiş jurnalistlərə mayın 16-da ikinci doza tətbiq ediləcək.

Aprelin 26-da vaksinin birinci dozası tətbiq edilən jurnalistlərlə bağlı isə əlavə məlumat veriləcək. 

Qeyd edək ki, vaksinasiya Mətbuat Şurasının binasından keçiriləcək. 

4 May 2021 15:43 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə