Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ARDNF "Şahdəniz"dən bu il əldə etdiyi gəlirlərin həcmini açıqlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 42 352 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,6 dəfə azdır.

ARDNF-dən "Xalq qəzeti"nə verilən məlumata görə, fonda daxil olan vəsaitlərin hamısı qaz kondensatın payına düşüb.

Məlumata görə, ötən ilin yanvar-fevralında (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından əldə etdiyi gəlirlərin həcmi 112 mln. dollar təşkil edib, bunun da 59 mln. dolları kondensatın payına düşüb.

 

Xatırladaq ki, ötən il (01.01.2020 – 01.01.2021 tarixinə) ARDNF "Şahdəniz" yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 293,9 mln. ABŞ dolları (223,4 mln. dolları kondensatın payına düşüb) təşkil edib.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

4 May 2021 14:56 - İQTİSADİYYAT
İQTİSADİYYAT
18 May 2021 | 09:54
Neft yenidən bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə