Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət operatoru bayram günlərində kommersiya telepaketini açıq yayımlayacaq

Bayram günləri ilə əlaqədar olaraq “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (“Teleradio”) tərəfindən təqdim olunan kommersiya televiziya paketi açıq yayımlanacaq.

“Teleradio”dan “Xalq qəzeti”nə verilən məlumata görə, İB-nin Gəncə, Quba və Lənkəran Radio-Televiziya Yayım Stansiyalarından çoxproqramlı (82 xarici TV proqram) TV yayım 9-20 may tarixlərində açıq (kodsuz) yayımlanacaq.

Qeyd edək ki, hazırda bölgələrdə kommersiya yayımına qoşulmaq imkanı qeyd olunan şəhər və rayonlardan başqa, həmçinin ətraf ərazilərdə (Samux, Yevlax, Mingəçevir, Şəmkir, Goranboy, Göygöl, Astara, Masallı, Cəlilabad, Qusar, Xaçmaz, Dəvəçi və s.) mümkündür. Kommersiya yayımının qiyməti əhalinin sosial durumuna nəzərən uyğunlaşdırılıb və aylıq abunə haqqı 6 manat təşkil edir.

4 May 2021 14:07 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə