Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan millisi “Böyük dəbilqə”də 10 cüdoçu ilə iştirak edəcək

Sabah Rusiyanın Kazan şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirinə start veriləcək.

"Xalq qəzeti" xəbər verir ki, mayın 7-dək davam edəcək turnirdə 80 ölkədən 411 cüdoçu qüvvəsini sınayacaq.

Azərbaycan millisi turnirə 10 idmançı ilə qatılacaq. Ölkəmizi 7 kişi və 3 qadın cüdoçu təmsil edəcək.

Kişilərin mübarizəsində Davud Məmmədsoy (60 kq), Elçin Hüseynov (66 kq), Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Camal Feyziyev (+100 kq) tatami üzərinə çıxacaqlar. Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) qüvvəsini sınayacaq.

4 May 2021 13:00 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə