Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş təşkil edib.

 "Xalq qəzeti" DTX-nin saytına istinadla xəbər verir ki, yürüş iştirakçıları tərəfindən Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində düşərgə salınıb, sonrakı mərhələdə isə sərt relyef və iqlim şəraitinə baxmayaraq, iştirakçılar bütün maneələri dəf edərək tam heyətdə müəyyən olunmuş marşrut üzrə və nəzərdə tutulan vaxtda “Heydər zirvəsi”nə çıxıblar. Ümummilli Liderin barelyefi önündə əbədiyaşar liderin əziz xatirəsini dərin ehtiramla yad edən heyət “Heydər zirvəsi”ndə Azərbaycan Respublikasının dövlət bayrağını ucaldılıb, Dövlət Təhlükəsizliyi Xidmətinin adını və emblemini əks etdirən lövhə və plakatları yerləşdirib.

4 May 2021 11:49 - SİYASƏT
SİYASƏT
9 May 2021 | 00:42
Elmin və təhsilin hamisi

Köhnə versiyamızdan xəbərləri izlə