Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərsu” ASC daxili vəsaiti hesabına güc transformatorlarının elektron qaydada satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDIR

 

Malgöndərənlər (podratçılar) dövlət sa­tınalmalarının https://www.etender.gov.az vahid internet portalından tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Təkliflərin qiymətləndirilməsində aşağı­dakı meyarlara üstünlük veriləcəkdir:

–çatdırılma müddəti və ən aşağı qiymət təklifi.

Malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalından əldə edə bilərlər.

Tenderdə iştirak haqqı 300 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat – “Azərsu” ASC

VÖEN – 9900001751

Bank – “Kapital Bank”ASC-nin 1 saylı Nəsimi filialı

Kod – 200112

VÖEN – 9900003611

M/h – AZ37NABZ 0135010000000001944

S.W. İ. F. T. BIK: AİİBAZ2X

H/h – AZ65AİİB 33070019441100216111

Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqını təsdiq edən sənəd;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 45 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 75 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublika­sının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış (müvafiq icra hakimiyyəti orqanının arayışı);

- malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesaba­tının surəti;

- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayışı;

- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyat­dan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- malgöndərənlərin (podratçıların) ixtisasına aid tələblər (“Dövlət satınalmaları haqqında” azərbaycan respublikasının Qa­nununun 6.2-ci maddəsində tələb olunan sənədlər);

- malgöndərənlərin (podratçıla­rın) mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayışı).

Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 31 may 2021-ci il saat 18.00-a, tender təklifi və bank təminatını isə 8 iyun 2021-ci il saat 18.00-a qədər dövlət satınal­malarının vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər.

Elektron satınalmanın açılışı 9 iyun 2021-ci il saat 18.00-da dövlət satınalma­larının vahid internet portalında həyata keçiriləcəkdir.

Tender komissiyası

4 May 2021 05:09 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
9 May 2021 | 00:35
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə