Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi 2021-ci il üçün nəzərdə tutulan cari təmir işləri üçün inşaat materiallarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDIR

 

 

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarımn https://www.etender.gov.az/ vahid internet portalı­na (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqavilani yerinə yetirmək üçün tender iştirakçı­ları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs:Abbasov Əliqulu Şöyüb oğlu.

Ünvan-Yevlax rayonu, Xanabad kəndi.

Telefon- 022-335-03-00.

İştirak haqqı 100 (yüz) manatdır.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi

Ünvan- Yevlax rayonu, Xanabad kəndi

VÖEN - 2200134801

H/h- AZ37C­TRE00000000000002355003

BANK- 16 saylı Regional Xəzinədarlıq Agentliyi

Kod -210005

VÖEN - 1401555071

M/h - AZ­41NABZ01360100000000003944

S.W.İ.F.T.BİK.CTREAZ22

İddiaçılar tenderdə iştirak üçün aşa­ğıdakı sənədləri təqdim etməlidirlər:

tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü (tender təklifinin qüvvədə olma müddətindən sonra ən 30 bank günü çox) qüvvədə olmalıdır);

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Ver­gi Məcəlləsi ila müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Tender təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satı­nalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 27 may 2021-ci il saat 15-00-a , tender təklifi ilə bank təminatını isə 7 iyun 2021 -ci il saat 15.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 8 iyun 2021-ci il saat 15.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

Qeyd-tenderdə iştirak, təkliflərin qiymətləndirilməsi və digər bütün prosedurlar elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

4 May 2021 05:01 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
9 May 2021 | 00:35
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə