Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yevlax Suvarma Sistemləri İdarəsi torpaqqazan mexanizmlərə, mexaniki və elektrik avadanlıqlarına və avtomaşınlara ehtiyat hissələrinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDIR

 

Tender 1 lot üzrə keçiriləcəkdir.

Lot-2. Torpaqqazan mexanizmlərə, mexaniki və elektrik avadanlıqlarına və avtomaşınlara ehtiyat hissələrinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın 31-nə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır. Əlaqələndirici şəxs- Mikayılov Ariz Akif oğlu

Ünvan-Yevlax rayonu, Aran qəsəbəsi E-mail: [email protected]

Telefon- 055-476-44-96

Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 100 (bir yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri-

Yevlax Suvarma Sistemləri İdarəsi

• VÖEN- 2200071801

• H/h- AZ91C­TRE00000000000002355001

• Bank-Dövlət Xəzinədarlığı Agentliyi

• VÖEN-1401555071

• Kod- 210005

• M/h-AZ41NABZ01350100000000003944

• S.W.İ.F.T: CTREAZ22

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşa­ğıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.

1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.

2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır).

3. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır).

4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağı­dakılar daxildir:

Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi.

Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim edilməlidir).

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma­ması haqqında müvafiq vergi orqanlarından arayışlar.

Vergilər Nazirliyi tərəfindən həmin iddi­açıların işçilərinin sayı, əmlakları, avadan­lıqları və lazımi texniki imkanlarının olması barədə rəsmi arayış.

Sosial Müdafiə Fonduna borcu olub-ol­maması barədə arayış.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 27 may 2021-ci il saat 17.00-a kimi tender komis­siyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 7 iyun 2021-ci il saat 17.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid inter­net portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 8 iyun 2021-ci il saat 17.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

4 May 2021 05:00 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
9 May 2021 | 00:35
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə