Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ucar Meliorasiya İdarəsi AÇIQ TENDER ELAN EDIR

 

Tender 1 lot üzrə keçirilir.

Lot- 1. Ağdaş rayonunda Orta Ləki, Aşağı Ləki, Mürsəl, Qumlaq, Şıxlı, Qəribli, Pirəyir, Malay, Yenicə kollek­torlarının lildən təmizlənməsi və torpaq işlərinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə da­xil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Tenderdə işti­rak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.

Tenderdə iştirak haqqı 100 manat­dır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005

VÖEN-1401555071

M/h- AZ­41NABZ01360100000000003944

Təşkilatın adı- Ucar Meliorasiya İdarəsi

H/h-AZ53CTRE00000000000002351902

VÖEN -7400067121

SWIFT CTREAZ22

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müva­fiq vergi orqanından arayış; (arayışla­rın əslləri və tarixləri tender elanından sonra olmalıdır);

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcumə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tender proseduru “Dövlət sa­tınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (ten­der təklifi və bank zəmanəti istisna olmaqla) 1 iyun 2021-ci il saat 12.00-a, tender təklifi və bank zəmanətini isə 9 iyun 2021-ci il saat 12.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 10 iyun 2021-ci il saat 12.00-da açılacaqdır.İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

4 May 2021 04:58 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
9 May 2021 | 00:35
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə