Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzInTelecom” MMC xüsusi serverlərin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDIR

 

Açıq tenderdə iddiaçı qismində ix­tisaslı işçi heyətinə malik olan mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. Tender iştirakçıla­rına təklif edilir ki, dövlət satınalmala­rının https://www.etender.gov.az/ va­hid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 1300 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

H/h- AZ30AZ­PO91015461200420100063

VÖEN- 9900048721

Bank- “Azərpoçt” MMC PF 1

Kod- 691011

VÖEN-9900037711

M/h-AZ76NABZ01350100000000094944

S.W.İ.F.T:AZPOAZ22

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında mü­vafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınma­dan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə vergi orqanından arayış;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi sta­tusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-podratçının müəyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddia­çılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanla­ya bilərlər.Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 27 may 2021-ci il saat 15.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 7 iyun 2021-ci il saat 15.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 8 iyun 2021-ci il saat 15.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

4 May 2021 04:55 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
9 May 2021 | 00:35
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə