Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zərdab Suvarma Sistemləri İdarəsi AÇIQ TENDER ELAN EDİR

 

 

Tender 3 lot üzrə keçirilir.

Lot-1. Cari və əsaslı təmir işlərinin görülməsi üçün mal-materialların satın alınması.

Lot- 2. Nasos stansiyalarının mexaniki və elektrik avadanlıqlarının təmiri üçün mal-material və ehtiyat hissələrinin satın alınması.

Lot- 3. Maşın-mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.eten­der.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haq­qını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı hər lot üçün 100 manatdır.

İştirak haqqı heç bir halda geri qayta­rılmır.

Bank rekvizitləri-

Zərdab Suvarma Sistemləri İdarəsi

VÖEN- 5300021371

• H/h- 32051019444600201146

• Bank-”Kapital Bank”ın Zərdab filialı

• VÖEN-9900003611

• Kod- 200468

• M/h-4628010000

• S.W.İ.F.T: BİK AİİBAZ22

İddiaçılar tenderdə iştirak üçün aşağı­dakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalı­dır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalı­dır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma­ması haqqında müvafiq vergi orqanından arayış (arayışların əslləri və tarixləri tender elanından sonra olmalıdır);

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcumə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkan­lara malik olmalıdırlar.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar 1-ci lot üzrə tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 1 iyun 2021-ci il saat 12.00-a, təklif və bank zəmanətini isə 9 iyun 2021-ci il saat 12.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçılar 2-ci lot üzrə tenderdə iştirak üçün tələb olunan sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 1 iyun 2021-ci il saat 13.00-a, təklif və bank zəmanətini isə 9 iyun 2021-ci il saat 13.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçılar 3-cü lot üzrə tenderdə iştirak üçün tələb edilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 2 iyun 2021-ci il saat 10.00-a, təklif və bank zəmanətini isə 10 iyun 2021-ci il saat 10.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 11 iyun 2021-ci il saat 10.00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələri barədə portal vasitəs ilə tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedur­lar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

4 May 2021 04:52 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
9 May 2021 | 00:35
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə