Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsi AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.

Lot-1 .Cari təmir işləri üçün inşaat material­larının satın alınması.

L-ot-2. Kanalın mexanizmlə lildən təmizlənməsinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmaları­nın vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Yevlax rayonu, Aran qəsəbəsində (əlaqələndirici şəxs -Məmmədov Adil Vəli oğlundan (022) 33-5-12-52 email: [email protected] ala bilərlər.

Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın 31-nə kimidir.

İştirak haqqı hər bir lot üçün 100 ( yüz) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilat -YUXARI QARABAĞ KANALI İSTİSMARI İDARƏSİ

VÖEN-2200077751

H/h -AZ64CTRE00000000000002355002

Bank - Dövlət Xəzinədarlığı Agentliyi

KOD- 210005

Mh-AZ41NABZ01360100000000003944

VÖEN- 1401555071

SWIFT CTREAZ22

Büdcə gəlirlərinin təsnifat kodu – 142330

Büdcə səviyyəsinin kodu – 7

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən son­ra ən azı 30 bank günü qüvvədə olma-lıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifi təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqın­da vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

-digər sənədlər .

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki sənədlər Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 27 may 2021-ci il saat 17.00-a, tender təklifi və tender təklifinin təminatını isə möhürlənmiş ikiqat zərfdə 7 iyun 2021-ci il saat 17.00-dək Yevlax rayonu, Aran qəsəbəsi, Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 8 iyun 2021-ci il saat 17.00-da Yevlax rayonu, Aran qəsəbəsi, Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsində açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

4 May 2021 04:50 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
9 May 2021 | 00:35
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə