Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell” ilk onlayn “Qadın festivalı”nın rəqəmsal tərəfdaşıdır

 

Mayın 6-8-də Azərbaycanda ilk dəfə olaraq “Azercell Telekom” MMC-nin rəqəmsal tərəfdaşlığı ilə onlayn “Qadın Festivalı” baş tutacaq. Festivalda xanımları maraqlandıran çoxşaxəli mövzular müzakirəyə çıxarılacaq.

Üç gün ərzində onlayn platforma üzərindən karyera, təhsil, sağlamlıq, gözəllik, psixologiya, uşaqlarla davranış və s. kimi mövzular barədə tanınmış peşəkar mütəxəssislərin canlı çıxışı baş tutacaq. Eyni zamanda, yoqa, fitness, pi­lates, rəsm, mətbəx və s. sahələrində master-klasslar təşkil olunacaq. Yerli və beynəlxalq spikerlərin çıxış edəcəyi festivalda özünü inkişaf, qadınların hüquqlarının qorunması, sosial və digər məsələlər də gündəmdə olacaq. Festivalın hər günü tanınmış və sevilən ifaçıla­rın çıxışı ilə başa çatacaq.

“Azercell” bu maraqlı festival zamanı canlı yayımların keyfiyyətli və sürətli internet vasitəsilə ötürülməsinə nəzarət edəcək. Fes­tival boyunca http://qadinfest.az/ saytının ana səhifəsinə “Azercell”in brendi ilə onlayn köşk yerləşdiriləcək və buradan birbaşa mobil opera­torun saytına keçid etmək mümkün olacaq.

Festivalın ən maraqlı məqamlarından biri də sual-cavab sessiyasının keçirilməsidir. Belə ki, tədbir zamanı təşkil olunacaq viktorinada sualla­rın hamısına düzgün cavab verən iştirakçılara müxtəlif qiymətli hədiyyələr təqdim olunacaq. Festivalın rəqəmsal tərəfdaşı olan “Azercell Telekom” MMC də öz tərəfindən viktorina qaliblərindən birinə iPhone SE smartfonunu hədiyyə edəcək.

“Xalq qəzeti”

4 May 2021 04:40 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
9 May 2021 | 00:35
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə