Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 122 Bakı şəhəri, 30 aprel 2021-ci il

Azərbaycan Respublikası Nazirlər Kabineti­nin “Əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, məcburi köçkünlərə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalara, uşaqlara, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara, İİV-lə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlara tibbi və sağlamlıq imkanları məhdud uşaqlara tibbi və defektoloji yardımın (xidmətin) göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 7 mart tarixli 37 nömrəli Qərarında dəyişiklik edilməsi, “Transplantasiya obyekti olan orqan və (və ya) toxumaların Siyahısının təsdiq edilməsi haqqında” 2000-ci il 13 sentyabr tarixli 168 nömrəli və “İnsan orqan və (və ya) toxumala­rının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haq­qında” 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarlarının ləğv edilməsi barədə

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublika­sının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respubli­kası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, məcburi köçkünlərə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalara, uşaqlara, aztəminatlı və ailə başçı­sını itirmiş şəxslərə, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara, İİV-lə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlara tibbi və sağlam­lıq imkanları məhdud uşaqlara tibbi və defektoloji yardımın (xidmətin) göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 mart tarixli 37 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2005, № 3, maddə 251; 2008, № 2, maddə 130; 2010, № 8, maddə 763; 2020, № 10, maddə 1290) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından və 1-ci hissədən “, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlara” sözləri çıxarılsın;

1.2. həmin Qərarla təsdiq edilmiş “Əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, məcburi köçkünlərə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalara, uşaqlara, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara, İİV-lə yaşa­yan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Res­publikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlara tibbi və sağlamlıq imkanları məhdud uşaqlara tibbi və defektoloji yar­dımın (xidmətin) göstərilməsi Qaydası” üzrə:

1.2.1. adından və 1-ci hissədən “, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlara” sözləri çıxarılsın;

1.2.2. 2-ci hissədən “, orqan və (və ya) toxuma­ların götürülməsi zamanı əməliyyatla bağlı donorlar” sözləri çıxarılsın.

2. “Transplantasiya obyekti olan orqan və (və ya) toxumaların Siyahısının təsdiq edilməsi haqqın­da” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 sentyabr tarixli 168 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2000, № 9, maddə 694) ləğv edilsin.

3. “İnsan orqan və (və ya) toxumalarının trans­plantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2011, №11, maddə 1068; 2012, № 1, maddə 26, № 7, maddə 786; 2014, № 12, maddə 1652; 2015, № 6, maddə 805; 2018, № 5, maddə 1104; 2020, № 7, maddə 970) ləğv edilsin.

4. Bu Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Əli ƏSƏDOVAzərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə