Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 123 Bakı şəhəri, 30 aprel 2021-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “20 Yanvar əlillərinin, milli münaqişə zəminində əlil olanların, sağlamlıq imkanları məhdud uşaqların və digər kateqoriyalardan olan I və II qrup əlillərin, Çernobıl AES-də qəza nəticəsində köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürülmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda qoca­ların, uşaqların, əlillərin, aztəminatlı və ailə başçısını itirmiş şəxslərin, İİV/QİÇS-lə xəstələnmiş vətəndaşların, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorların dərman preparatları ilə təmin olunması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 7 mart tarixli 38 nömrəli, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qu­rumların siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 noyabr tarixli 182 nömrəli və “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2016-cı il 14 mart tarixli 125 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“İnsan orqan və toxumalarının do­norluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanunu­nun tətbiqi barədə” Azərbaycan Respubli­kası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası­nın Nazirlər Kabineti qərara alır:

1. “20 Yanvar əlillərinin, milli münaqişə zəminində əlil olanların, sağlamlıq imkan­ları məhdud uşaqların və digər kateqoriya­lardan olan I və II qrup əlillərin, Çernobıl AES-də qəza nəticəsində köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürülmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qal­maq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocaların, uşaqların, əlillərin, aztəminatlı və ailə başçısını itirmiş şəxslərin, İİV/QİÇS-lə xəstələnmiş vətəndaşların, orqan və (və ya) toxumala­rın götürülməsi zamanı əməliyyatla bağlı donorların dərman preparatları ilə təmin olunması Qaydası”nın təsdiq edilməsi haq­qında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 mart tarixli 38 nömrəli Qərarında (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 252; 2008, № 2, maddə 130; 2010, № 8, maddə 763; 2020, №11, maddə 1416) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından və 1-ci hissədən “, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorların” sözləri çıxa­rılsın;

1.2. həmin Qərarla təsdiq edilmiş “20 Yanvar əlillərinin, milli münaqişə zəminində əlil olanların, sağlamlıq imkan­ları məhdud uşaqların və digər kateqoriya­lardan olan I və II qrup əlillərin, Çernobıl AES-də qəza nəticəsində köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürülmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qal­maq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocaların, uşaqların, əlillərin, aztəminatlı və ailə başçısını itirmiş şəxslərin, İİV/QİÇS-lə xəstələnmiş vətəndaşların, orqan və (və ya) toxumala­rın götürülməsi zamanı əməliyyatla bağlı donorların dərman preparatları ilə təmin olunması Qaydası”nın adından və 1-ci hissəsindən “, orqan və (və ya) toxumala­rın götürülməsi zamanı əməliyyatla bağlı donorların” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1064; 2012, № 6, maddə 638, № 8, maddə 825; 2013, № 3, maddələr 332, 340, № 6, maddə 730, № 9, maddə 1136, № 10, maddə 1214; 2015, № 10, maddə 1214, № 12, maddə 1563; 2017, № 12 (II kitab), maddə 2562; 2018, № 1, maddə 136, № 10, maddə 2144; 2020, № 4, maddə 481, № 11, maddə 1412) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın III bölməsinə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

“3. Orqan Donorluğu və Transplantasi­yası üzrə Koordinasiya Mərkəzi”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 125 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 791, № 10, maddə 1735; 2017, № 7, maddə 1473; 2018, № 10, maddə 2179; 2019, № 3, maddə 518) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 3.2.2-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“3.2.2. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq donor orqanların transplan­tasiyasını, habelə bu məqsədlə donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirmək;”.

4. Bu Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə