Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 121 Bakı şəhəri, 30 aprel 2021-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısının təsdiq edilməsi haqqında” 2000-ci il 24 mart tarixli 58 nömrəli, “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 2004-cü il 9 yanvar tarixli 2 nömrəli, “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə” 2004-cü il 5 iyul tarixli 92 nömrəli, “Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı”nın və “Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2004-cü il 9 dekabr tarixli 191 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 58 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 246; 2020,
№ 11, maddə 1401) ilə təsdiq edilmiş “Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı”nın XXXIII bölməsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. “Səhiyyə və tibb-əmək ekspertizası təşkilatları:” hissəsinin onuncu abzasında “qanın, meyit əzalarının və toxumaların konservasiyasında” sözləri “qanın konservasiyasında, meyit orqan və toxumalarının götürülməsi, hazırlanması və saxlanılmasında” sözləri ilə əvəz edilsin;
1.2. “Tibbi elmi-tədqiqat təşkilatları və təhsil müəssisələri, səhiyyə təşkilatlarının laboratoriyaları:” hissəsinin ikinci abzasında “əzalarının” sözü “orqanlarının götürülməsi, hazırlanması və saxlanılması” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 50; 2006, № 9, maddə 828, № 11, maddə 992; 2007, № 2, maddə 185; 2008, № 2, maddələr 115, 130; 2009, № 10, maddə 857; 2010, № 8, maddə 763; 2011, № 12, maddə 1255; 2017, № 4, maddə 663; 2019, № 3, maddə 516; 2020, № 11, maddə 1401) ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin 2.2.1.1-ci yarımbəndinin “j” abzasında “üzvlərini” sözü “orqanlarını götürən, hazırlayan və saxlayan” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 583; 2006, № 5, maddə 463; 2008, № 2, maddə 130; 2019, № 3, maddə 516, № 7, maddə 1333; 2020, № 10, maddə 1310, № 11, maddə 1401) ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın “İstehsalat, peşə və vəzifələrin adı” sütununun “XXXVII. Səhiyyə” bölməsinin 184-cü hissəsində “qanı və toxumalarının tədarükü və konservasiyası” sözləri “qanının tədarükü, konservasiyası, orqan və toxumalarının hazırlanması və saxlanması” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1072; 2009, № 2, maddə 142; 2014, № 6, maddə 747; 2019, № 1, maddə 155, 2020, № 11, maddə 1393) ilə təsdiq edilmiş “Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı”nın 1.3-cü, 2.3-cü və 4.3-cü bəndlərində “və (və ya)” sözləri “və” sözü ilə əvəz edilsin.
5. Bu Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə