Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitdən istifadə Qaydası təsdiqlənib

 

Nazirlər Kabineti cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitdən istifadə Qaydasını təsdiqləyib.

 

AZƏRTAC Nazirlər Kabinetinə istinadla xəbər verir ki, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazir­liyinin Aparatının Probasiya xidmətinin, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının Probasiya qurumunun və yerli probasiya qurumlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi Ədliyyə Nazirliyinin hesabına köçürülməsi müəyyən edilib.

Bu vəsaitdən istifadə qaydasını müəyyən etmək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunub.

Qaydaya əsasən, vəsaitin 50 faizi Azərbaycan Respublikası Ədliyyə Nazir­liyinin Aparatının Probasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının Probasiya qurumunun və yerli probasiya qurumlarının işçilərinə hər ay əmək haqqına əlavələr formasında verilməklə istifadə ediləcək. Qalan vəsait isə Probasiya Xidmətinin maddi-texniki bazası­nın möhkəmləndirilməsi məqsədilə istifadə olunacaq.

4 May 2021 03:59 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə