Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 127                    Bakı şəhəri, 3 may 2021-ci il

“İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 268 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 noyabr tarixli 192-VIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 268 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 998) ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatı­nın verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”na 1 nömrəli əlavə - “İxtisas attestatının verilməsinə dair ərizə forması”nın 6-cı hissəsi aşağıdakı redaksiyada verilsin:

“6. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarına münasibətdə həmin kvalifikasiyaların tanınması tələb edildiyi halda, kvalifikasiyala­rın tanınması haqqında şəhadətnamənin nömrəsi _________”.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə