Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 126                     Bakı şəhəri, 3 may 2021-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli is­tehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə” 2004-cü il 6 noyabr tarixli 175 nömrəli, “Onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş müalicə profilaktika tədbirlərinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 21 no­yabr tarixli 245 nömrəli, “Narkoloji yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 10 avqust tarixli 180 nömrəli və “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında” 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 no­yabr tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2004, № 11, maddə 963; 2008, № 2, maddə 130; 2010, № 8, maddə 763; 2020, № 12 (II kitab), maddə 1618) ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın “İstehsalat­ların, peşə və vəzifələrin adı” sütununun “XXXII. Səhiyyə” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. “Səhiyyə, sosial müdafiə və təhsil müəssisələrinin tibb işçilərinin ümumi peşələri” hissəsinin adında “müdafiə” sözü “xidmət” sözü ilə əvəz edilsin;

1.2. 71-ci bənddə “Sosial müdafiə sisteminin vərəmə qarşı və ruhi xroniki” sözləri “Vərəmə qarşı və ruhi xroniki sosial xidmət” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 21 noyabr tarixli 245 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 11, maddə 997) ilə təsdiq edilmiş “Onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş müalicə-profilaktika tədbirlərinin həyata keçirilməsi Qaydası”nın 8-ci hissəsində “pulsuz” sözü “dövlət büdcəsi vəsaiti hesabına” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 10 avqust tarixli 180 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2012, № 8, maddə 828; 2020, № 2, maddə 211, № 11, maddə 1410) ilə təsdiq edilmiş “Narkoloji yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi Qaydası”nın 3.3-cü bəndindən “pul­suz” sözü çıxarılsın.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2020, № 1, maddə 63; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 aprel tarixli 91 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin 2.1.2-ci yarımbəndində “vəziyyətlərin” sözü “halların” sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə