Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan taekvondoçuları lisenziya turnirinə yollanır

Bu gün taekvondo üzrə Azərbaycan milli komandası Bolqarıstana yollanacaq.

Taekvondo Federasiyasından "Xalq qəzeti"nə verilən məlumata görə, yığmamız paytaxt Sofiyada təşkil olunacaq Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirinə qaydalara uyğun olaraq üç idmançı ilə qatılacaq. 

Mayın 7-8-də baş tutacaq yarışda kişilər arasında Radik İsayev (80 kq), qadınların mübarizəsində isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) mübarizə aparacaqlar.

 

Mayın 9-da parataekvondo üzrə Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turniri olacaq. Bu yarışda iki kişi və iki qadın həmyerlimiz lisenziya uğrunda döyüşlərə qatılacaq. 

Mayın 6-da Bolqarıstana yollanacaq komandamızın heyətində İmaməddin Xəlilov (K-44, 61 kq), Əbülfəz Abuzərli (K-44, 75 kq), Röyalə Fətəliyeva (K-44, 49 kq) və Aynur Məmmədova  (K-44, + 58 kq) yer alacaq.

Federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev də komanda ilə birlikdə Sofiya şəhərinə yollanacaq.

Qeyd edək ki, taekvondoçularımızdan Milad Beigi Harçeqani (80 kq) artıq Olimpiadaya lisenziyanı təmin edib.

3 May 2021 21:48 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə