Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Peşə məktəblərinə direktor müavinlərinin işə qəbulunun II mərhələsi keçirilib

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsi üzrə test imtahanları keçirilib.

Təhsil Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, iki seansdan ibarət olan mərhələdə 155 namizəd 90 dəqiqə ərzində təhsil, peşə və əmək qanunvericiliyi, həmçinin idarəetmə və məntiq üzrə 60 sualı cavablandırıblar. Namizədlər imtahan sonunda test nəticələri ilə tanış olmaq imkanı da əldə ediblər.

Nəticələrin cari həftənin sonunadək elan edilməsi nəzərdə tutulur. Nəticələr həm müraciətçilərin şəxsi kabinetlərində yer alacaq, həm də SMS bildiriş vasitəsilə qeydiyyat nömrələrinə göndəriləcək.  

Qeyd edək ki, II mərhələyə qatılan iştirakçılardan 76 nəfəri kişi, 79 nəfəri qadın olub.

3 May 2021 16:54 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə