Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən mayın 5-i səhərdən 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-20  m/s, arabir 23-25 m/s, mayın 5-i gündüz yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir. Arabir yağış yağacağı ehtimalı var.

Mayın 5-dən 6-sı axşamadək  Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv, əsasən şimal və qərb rayonlarında güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Qərb küləyi  əsəcək, arabir 15-20 m/s, mayın 5-də ayrı-ayrı yerlərdə arabir 25-30  m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı gözlənilir. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

3 May 2021 19:20 - EKOLOGİYA
EKOLOGİYA
20 Sentyabr 2021 | 18:16
Sabahın hava proqnozu
15 Sentyabr 2021 | 18:14
Sabahın HAVA PROQNOZU
14 Sentyabr 2021 | 18:14
Sabahın HAVA PROQNOZU
13 Sentyabr 2021 | 18:15
Sabahın HAVA PROQNOZU
11 Sentyabr 2021 | 18:06
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə