Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mayın 15-dən Türkiyəyə gələcək bəzi ölkə vətəndaşlarından koronavirus testi tələb edilməyəcək

Bu il mayın 15-dən etibarən Türkiyəyə gələcək 15 ölkənin vətəndaşları üçün COVID-19 (PSR) testi məcburiyyəti ləğv edilir.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Türk Hava Yolları” aviaşirkətinin rəsmi internet səhifəsində bildirilib.

Məlumatda qeyd edilib ki, mayın 15-də qüvvəyə minəcək yeni qərara əsasən, Hong Kong, Çin, Tayvan, Vyetnam, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Tayland, Cənubi Koreya, İsrail, Yaponiya, Birləşmiş Krallıq, Latviya, Lüksemburq, Ukrayna və Estoniyadan Türkiyəyə gələcək sərnişinlərdən COVID-19 testi tələb edilməyəcək.

3 May 2021 10:00 - İQTİSADİYYAT
İQTİSADİYYAT
16 May 2021 | 10:02
Neft bahalaşıb
11 May 2021 | 09:57
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə