Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gündən "Vaxzevria” peyvəndinin istifadəsinə başlanılır

Bu gündən Azərbaycanda növbəti peyvənd mərhələsinə start verilib.

 "Xalq qəzeti" xəbər verir ki, "COVID-19" xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir.

Bu gündən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər "COVID-19" xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzevria" vaksinindən (İstehsalçı şirkət"AstraZeneca") də istifadə edə biləcəklər. "Vaxzevria" peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılıb.

3 May 2021 09:01 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə