Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suriyada birgə patrul xidməti həyata keçirilib

 

Agentlik qeyd edir ki, Rusiya Silahlı Qüvvələrinin polkovniki Andrey Titovun sözlərinə görə, patrul xidməti insidentsiz başa çatıb.

Bu barədə açıq­lama verən Andrey Titov bildirib: “Bu gün Şeyrek keçidindən başlayan növbəti Türkiyə-Rusiya pat­rulu başa çatıb. Patrul xidməti marşrutunun uzadılması daha çox yaşayış məntəqəsinin əhatə olunmasına şərait yaradıb. Xidmət ştat rejimində keçirilib, şəxsi heyət və texnika qarşıya qoyulan məsələlərin öhdəsindən gəlib”.

Onun sözlərinə görə, birgə patrul zamanı əldə edilmiş razılaşma əsasında kürd silahlılarının çıxarılmalı olduğu 10 yaşayış məntəqəsində vəziyyətin monitorinqi aparılıb. Patrul xidmətində hər iki tərəfin 60-dan çox hərbçisi və 10-dan çox texnikası iştirak edib.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

2 May 2021 05:35 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
13 İyun 2021 | 00:57
Oyunun ən yaxşısı

Köhnə versiyamızdan xəbərləri izlə