Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Gələcəyə doğru” beynəlxalq onlayn forum keçirilib

Dünya Lusern Turizm Forumunun təşkilatçılığı ilə İsveçrə Krallığında “Gələcəyə doğru” adlı beynəlxalq tədbir keçirilib. Tədbirin təşkilini şərtləndirən başlıca səbəblər sırasına mövcud pandemiya şəraitində dünya iqtisadiyyatı, turizm sənayesinin qarşılaşdığı problemlər, qlobal pandemiyanın dünya turizm sektoruna mənfi təsiri, eyni zamanda, postpandemiya dövründə turizm təmayüllü sahələrin yenidən dirçəldilməsi və perspektiv sayılan istiqamətlərin müzakirəsi daxil idi.

 

“Gələcəyə doğru” adlı beynəlxalq foruma Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rekto­ru İlham Mədətov və universitetin müvafiq strukturunun əməkdaşları da qatılıblar. Beynəlxalq tədbirdə forumun rəhbəri Martin Bath mövcud vəziyyət və postpandemiya dövrundə turizm sənayesinin yenidən dirçəldilməsindən danışıb. İsveçrə Konfederasiyasının Turizm və İqtisa­diyyat naziri isə çıxışında postpandemiya dövründə ölkə iqtisadiyyatının və turizm sənayesinin yeni inkışaf modellərinə diqqət verməyi tövsiyə edib. Tədbirdə qlobal pandemiya dövründə yaranan maliyyə problemləri, turizm iqtisadiyyatı, turizm sahəsində təhsil və sair önəmli möv­zular əsasında fərqli dinləmələr həyata keçirilib.

Beynəlxalq onlayn forumda dünya xəritəsindəki əksər ölkələrin turizm və iqtisadiyyat sahələrini əks etdirən müəssisə və şirkətlərin məsul nümayəndələri də olub.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

2 May 2021 05:32 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə