Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuzlular nümunə göstərdilər

 

Talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı qanvermə aksiyala­rından çox asılıdır. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən donorluğun və qan xidmətinin inkişa­fına dair xüsusi sərəncamlar imzalan­mış, müvafiq qanunlar qüvvəyə minmişdir.

Azərbaycan Respublika­sının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci il fevralın 8-dən başlanmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində ölkədə vaxt-aşırı qanvermə aksiyaları keçirilir. Bu xeyirxah tədbirlər zamanı toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.

Bu günlərdə Tovuzda RİH-in təşkilatçılığı və Milli Hematologiya və Transfuzio­logiya Mərkəzinin təşəbbüsü ilə könüllü qanvermə aksi­yası təşkil edilmişdir.İdarə, müəssisə və təşkilatların əməkdaşları, rayon sakinləri bu aksiyada fəal iştirak edərək ehtiyat qan bankı­nın zənginləşdirilməsinə dəstək olmuşlar. Rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov da donor kimi aksiyada iştirak etmişdir.

Qanvermə aksiyası Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyən edilmiş bütün sosial izolyasiya qaydalarına riayət etməklə xüsusi tibb briqadası tərəfindən aparılmışdır.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

2 May 2021 05:28 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə