Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 124                            Bakı şəhəri, 1 may 2021-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarix­li 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilməsi barədə

“Sanitariya-epidemioloji salamatlıq haq­qında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi ya­randıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 789) ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşla­rın və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissə üzrə:

1.1. 1.1-ci bənddə “faktlarına” sözü “nəticələrinə” sözü ilə, “xarici beynəlxalq aeroportların və aviaşirkətlərin” sözləri “xarici ölkələrin beynəlxalq aeroportlarının və xarici aviaşirkətlərin” sözləri ilə, “tərtib olunmuşdur” sözləri “hazırlanmışdır” sözü ilə əvəz edilsin;

1.2. 1.2-ci bənd ləğv edilsin;

1.3. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.3. Xəstəliyə yoluxma riskinin azaldılması məqsədilə hava gəmisində olan sərnişinlərə profilaktik sanitar-gigiyena tədbirləri (əl gigiye­nası, fiziki məsafə (bundan sonra – məsafə), tənəffüs gigiyenası və digər profilaktik tədbirlər) barədə məlumat verilir, habelə hava gəmisində ümumi istifadədə olan səthlər mütəmadi təmizlənir və dezinfeksiya edilir.”.

2. 2-ci hissə üzrə:

2.1. 2.1.1-ci yarımbənddə “uçuşdan əvvəl 48 saat ərzində COVID-19” sözləri “Azərbaycan Respublikasından yola düşən, uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR” sözləri ilə əvəz edilsin;

2.2. 2.1.2-ci yarımbənddə “arayışların yoxla­nılması və üzərində müvafiq qeydlərin aparılma­sı” sözləri “Azərbaycan Respublikasından yola düşən sərnişinlərin arayışlarının yoxlanılması” sözləri ilə əvəz edilsin;

2.3. 2.1.3-cü və 2.1.4-cü yarımbəndlər aşa­ğıdakı redaksiyada verilsin:

“2.1.3. Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılar:

1. uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən, nəticələri neqativ olan sərnişinləri reysə qəbul edirlər;

2. reysə qeydiyyat zamanı sərnişinlərin (tranzit və transfer sərnişinlər daxil olmaqla) arayışlarının yoxlanılmasını təmin edirlər;

3. hava gəmisində bütün sərnişinlərə “Özünütəcrid barədə bəyannamə”nin (bundan sonra - Bəyannamə) paylanmasını təmin edirlər və Azərbaycan Respublikasına gəldikdən sonra pasport nəzarətindən keçərkən həmin Bəyannamənin doldurulmasının və təqdim edilməsinin zəruriliyi barədə məlumat verirlər.

2.1.4. sərhəd nəzarətindən keçərkən arayışı bu Qaydaların 2.1.3-cü yarımbəndinin tələblərinə cavab verməyən Azərbaycan Res­publikasının vətəndaşları iki həftə müddətinə karantinə alınır, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılır.”.

2.4. 2.1.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.1.5-ci yarımbənd əlavə edilsin:

“2.1.5. Arayışın elektron qaydada yoxlanıl­ması məqsədilə arayışda elektron təsdiq atribut­ları (QR-kod, eyniləşdirmə nömrəsi və s.) olan şəxslərin müvafiq yoxlanış yerlərindən sürətli keçidi təmin edilir.”.

2.5. 2.4-cü bənd ləğv edilsin;

2.6. 2.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“2.6. Aviaşirkətlərin bütün reyslərində əl yü­künün daşınmasına icazə verilmir. Aviaşirkətin qaydalarına əsasən yalnız aşağıdakı şəxsi istifadə əşyalarının əl yükü kimi daşınmasına yol verilir:

2.6.1. qadın əl çantası və ya kişi portfeli;

2.6.2. ölçüləri 30x35x10 sm-dən böyük olmayan foto/videokamera;

2.6.3. portativ kompüter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir);

2.6.4. üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);

2.6.5. gül dəstəsi;

2.6.6. uşaqlarla uçuş zamanı uşaq yeməyi və uşaq yol beşiyi;

2.6.7. çətir;

2.6.8. uçuş zamanı oxumaq üçün qəzet, jurnal və digər materiallar;

2.6.9. ev heyvanlarının daşınmasını tənzimləyən müvafiq qaydalara riayət etməklə ev heyvanlarının daşınmasına icazə verilir.”.

3. 4-cü hissə üzrə:

3.1. adından, 4.2-ci və 4.6-cı bəndlərdən “prosesi” sözü çıxarılsın;

3.2. 4.6.1-ci yarımbənddə “hava gəmisinə minik prosesi” sözləri “sərnişinlərin hava gəmisinə minməsi” sözləri ilə əvəz edilsin;

3.3. 4.6.3-cü yarımbənddə “miniyə” sözü “hava gəmisinə” sözləri ilə əvəz edilsin.

4. 5-ci hissə üzrə:

4.1. 5.1.4-cü yarımbənddə “sərnişinlərə bütün” sözləri “sərnişinlərin” sözü ilə, “gəzmə” sözü “gəzməsinə” sözü ilə əvəz edilsin;

4.2. 5.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.2. Epidemioloji vəziyyətlə əlaqədar sərnişinlərin və ekipaj üzvlərinin sağlamlı­ğı üçün təhlükənin minimuma endirilməsi məqsədilə hava gəmisində davranış qaydaları haqqında sərnişinlərə məlumat məsafədən audio, video və s. vasitəsilə verilir.”.

4.3. 5.3-cü bənddə “təqdirdə prosedur­lar” sözləri “halda aşağıdakı tədbirlər görülür” sözləri ilə əvəz edilsin;

4.4. 5.3.5-ci yarımbənddə “son növbədə hava gəmisindən təhlükəsizlik tədbirləri görülməklə çıxarılaraq” sözləri “təhlükəsizlik tədbirlərinə riayət etməklə hava gəmisindən çıxarılır və” sözləri ilə əvəz edilsin.

5. 6-cı hissə üzrə:

5.1. 6.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“6.3. Sərnişinlər terminal binasına daxil olduqda, tibb işçiləri xüsusi avadanlıq vasitəsilə onların hərarətini ölçür və lazım olduqda xüsusi testləşdirmə aparılır.”;

5.2. 6.4-cü bənddə “əcnəbi vətəndaşlar” sözləri “əcnəbilər və vətəndaşlığı olmayan şəxslər” sözləri ilə əvəz edilsin;

5.3. aşağıdakı məzmunda 6.5-1-ci bənd əlavə edilsin:

“6.5-1. Sərhəd nəzarəti zamanı sərhəd nəzarəti orqanı sərnişinlərdə arayışların mövcud olmasını və bu Qaydaların 2.1.3-cü yarımbəndinin tələblərinə uyğunluğunu yox­layır, həmçinin onlar tərəfindən doldurulmuş Bəyannamələri toplayır.”.

Əli ƏSƏDOVAzərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə