Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabahın HAVA PROQNOZU

Mayın 2-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.  

Milli Hidrometeorologiya Xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, mülayim şimal küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu  gecə 11-15 dərəcə, gündüz 17-19 dərəcə isti, Bakıda gecə 12-14 dərəcə, gündüz 17-19 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi  762 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 75-85 faiz olacaq. 

 

Xəbərdarlıq

Mayın 02-si gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.  Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.  

Tibbi-meteoroloji proqnoz 

Mayın 2-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti  bəzi insanlarda narahatlıq hissi yarada bilər. 

Mayın 2-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, əsasən şimal və  qərb rayonlarında dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər  saatlarında duman olacaq. Şərq küləyi  bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  10-15 dərəcə  isti, gündüz  20-25 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz  9-14 dərəcə isti olacaq. 

Xəbərdarlıq

Mayın 03-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20  m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir. 

1 May 2021 12:41 - EKOLOGİYA
EKOLOGİYA
16 Oktyabr 2021 | 18:15
Sabahın HAVA PROQNOZU
15 Oktyabr 2021 | 18:40
ETSN: Dağlara qar yağacaq
15 Oktyabr 2021 | 18:19
Sabahın HAVA PROQNOZU
15 Oktyabr 2021 | 10:47
Xəzərdə zəlzələ olub
14 Oktyabr 2021 | 18:05
Sabahın HAVA PROQNOZU
13 Oktyabr 2021 | 18:09
Sabahın HAVA PROQNOZU
12 Oktyabr 2021 | 18:10
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə