Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəbələ və Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

Əmək və Əhalinin Sosial Müdafiəsin Nazirliyi tərəfindən ölkəmizdə uşaq reabilitasiya müəssisələri şəbəkəsi genişləndirilməsi işləri çərçivəsində Qəbələ və Şəmkir rayonlarında Uşaq Reabilitasiya Mərkəzləri inşa etdirilir.

Nazirlikdən "Xalq qəzeti"nə verilən məlumata görə, hər biri 50 çarpayılıq mərkəzlərdə il ərzində 1800-ə yaxın sağlamlıq imkanları məhdud uşaq səmərəli fizioterapevtik müalicə prosedurları əsasında reabilitasiya xidmətləri ilə təmin ediləcək. Qəbələ və Şəmkir Uşaq Reabilitasiya Mərkəzlərinin bu il ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, son iki ildə və cari ilin ilk rübündə Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq, yenidən qurulmuş şəkildə istifadəyə verilib. Ümumilikdə, nazirliyin yeni reabilitasiya müəssisələrinin açılması nəticəsində hər il reabilitasiya  xidmətləri ilə təmin edilənlərin sayı iki dəfə artaraq 30 minə çatacaq.

1 May 2021 11:28 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə