Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN: Ötən gün 22 yanğına çağırış olub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 "Xalq qəzeti" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 yanğına çıxış və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində intihara cəhd edən 1 nəfər xilas edilib.

30 Aprel 2021 11:47 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
24 Oktyabr 2021 | 09:56
Bakıda fabrikdə yanğın olub

Köhnə versiyamızdan xəbərləri izlə