Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ISESCO “İslam irsi aylığı” elan edib

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İSESCO) Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə “İslam irsi aylığı” elan edib. Təşkilatın Rabatdakı (Mərakeş) qərargahından bildirilib ki, İslam ölkələrində tarixi-mədəniyyət abidələrinin təbliği məqsədilə elan olunmuş “İslam irsi aylığı” mayın 18-nə – Beynəlxalq Muzeylər Gününədək davam edəcək.

 

ISESCO-nun bununla bağlı müraciətində qeyd edilir ki, bir ay ərzində keçiriləcək tədbirlərdə İslam maddi və qeyri-maddi mədəni irs nümunələrinin tanıdılması, habelə tarixi və arxeoloji, xüsusən silahlı münaqişə zo­nalarında dağıdılmış qədim abidələrin bərpası məsələləri müzakirə ediləcək.

ISESCO dünya ictimaiyyətini mədəni irs abidələrinə qarşı vandalizmə son qoymaq üçün daha təsirli tədbirlər görməyə, bu sahədə hökumət strukturla­rı ilə regional təşkilatların, habelə vətəndaş cəmiyyətinin əməkdaşlığını gücləndirməyə, müvafiq yol xəritəsi tərtib etməyə çağı­rıb. Təşkilatın müraciətində vurğulanır ki, 2019-cu ildən başlayaraq, İslam dünyasında mədəni irsin mühafizəsi strategiyasını həyata keçirən ISESCO İslam Dünyası İrsi Mərkəzi yaradılması təşəbbüsü ilə çıxış edib. Bundan başqa, bu sahədə üzv ölkələrə yardım məqsədilə təşkilatın nəzdində müşahidə missiya­sı da fəaliyyət göstərir.

Müraciətdə o da diqqətə çatdırılıb ki, COVID-19 pandemiyası dövründə mədəni irs abidələrinin tanı­dılması, muzeylərin təbliği məqsədilə İslam İrsi Siyahısı Komitəsinin iclasında Qara­bağda dağıdılmış abidələr məsələsi müzakirə edilib

Komitə tərəfindən bu fəaliyyətin həyata keçirilməsi məqsədilə xüsusi komissiya yaradılması qərara alınıb. Komissiya Azərbaycanın müvafiq dövlət strukturları ilə birlikdə ermənilərin dağıtdığı ərazilərdə qədim İslam irsi abidələrinin bərpası məsələsi ilə bağlı da hesabat hazırla­yacaq.

Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, Fələstin, Yəmən, Mərakeş, İraq, İordaniya, Küveyt və Omanda yerləşən daha 66 qədim irs nümunəsi İslam Dünyası İrsi Siyahısına daxil edilib.

Bundan başqa, hər il İslam Dünyası Mədəni İrsi aylığının keçirilməsi, ISESCO-nun “Gələcəyə yol” Proqramının təsdiqi barədə də qərarlar qəbul edilib.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

30 Aprel 2021 04:34 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
24 Oktyabr 2021 | 00:04
Canəli Xanəli oğlu Əkbərov

Köhnə versiyamızdan xəbərləri izlə